14 dekabr 2025. Bazar günü

Caner Erkin futbolu buraxması ilə bağlı xəbərləri təkzib edib


Caner Erkin futbolu buraxması ilə bağlı xəbərləri təkzib edib

"Eyüpspor"un təcrübəli futbolçusu Caner Erkin mövsümün sonunda futboldan ayrılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

90deqiqe.Az-ın məlumatına görə, 35 yaşlı müdafiəçi şəxsi "Instagram" hesabında etdiyi paylaşımda səhhəti imkan verdiyi müddətcə futbola davam edəcəyini bildirib:

"Sağlamlığım imkan verdiyi qədər oynamağa davam edəcəyəm. Hədəfim 40 yaşına qədər meydanda olmaqdır."

Caner Erkinin meneceri Batur Altıparmak da məsələyə münasibət bildirib:

"Sosial mediada yayılan 'Caner Erkin futbolu buraxdı' xəbərləri həqiqəti əks etdirmir. Futbolçumuz hazırda aktiv karyerasını 'Eyüpspor'da davam etdirir və ruhi-fiziki sağlamlığı imkan verdiyi müddətcə futbol oynamağa davam edəcək," – deyə o, bəyan edib.







Türkiyə S.L.

Ahmet Çakar xəstəxanaya yerləşdirildi
  • Türkiyə S.L.
  • 20:23 08.12.2025
Ahmet Çakar xəstəxanaya yerləşdirildi
"Trabzonspor"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:09 07.12.2025
"Trabzonspor"dan çətin qələbə
 "Qalatasaray"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:12 05.12.2025
"Qalatasaray"dan çətin qələbə