29 yanvar 2026. Cümə axşamı

"Qalatasaray"ın sabiq futbolçusu həbs olundu


"Qalatasaray"ın sabiq futbolçusu həbs olundu

"Qalatasaray"ın sabiq futbolçusu Ümit Karan həbs olunub.

90deqiqe.Az-ın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Ümit Karan “təcavüz səviyyəsində sadə cinsi təcavüz” maddəsi ilə mühakimə edilib və Metris Həbsxanasına göndərilib.

Sabiq futbolçu, Bakırköy Asliye Cəza Məhkəməsi tərəfindən təqib səviyyəsində olan sadə cinsi təcavüz cinayətinə görə 1 il 8 ay həbs cəzası alıb və bu gün cəzasını çəkmək üçün Metris Həbsxanasına göndərilib.

Keçmiş futbolçu Ümit Karan barəsində 2015-ci ildə yaşadığı mənzilin mühafizəçisi İ.A.-ya “sadə cinsi təcavüzə məruz qaldığı” iddiası ilə 5 ilə qədər həbs cəzası tələbi ilə iddia açılıb. Bakırköy 37-ci Asliye Cəza Məhkəməsi dəlil çatışmazlığı səbəbiylə Karan haqqında bəraət qərarı vermişdi.

İ.A.-nın vəkili İşıl Gülümsər dosyeni Apellyasiya Məhkəməsinə aparıb. Müdafiəsinə “Həyatımda heç kimə pislik etməmişəm” deyərək başlayan Ümit Karan “İttihamlar doğru deyil” deyib. Karan ittihamların şəxsi mənfəət üçün edildiyini iddia etmişdi.

İ.A.-nın vəkili İşıl Gülümser isə müvəkkilinin heç bir mənfəət əldə etməyə çalışmadığını bildirərək, "Hadisədən sonra müvəkkilim ciddi psixoloji sıxıntı keçirdi və müalicə aldı. Hadisə onun iş qabiliyyətini itirməsinə səbəb oldu. Müvəkkilim vilayətdən çıxıb başqa əyalətə köçməli oldu. Müttəhimin cəzalandırılmasını istəyirik" dedi.







Türkiyə S.L.

"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 00:51 20.01.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqa klubuna qəyyum təyin olundu
  • Türkiyə S.L.
  • 22:21 16.01.2026
Super Liqa klubuna qəyyum təyin olundu