16 mart 2026. Bazar ertəsi

Serdal Adalı yenidən “Beşiktaş”ın prezidenti seçildi


Serdal Adalı yenidən “Beşiktaş”ın prezidenti seçildi

“Beşiktaş” klubunda keçirilən seçkili növbədənkənar ümumi yığıncaqda Serdal Adalı yenidən klub prezidenti seçilib.

90deqiqe.Az xəbər verir ki, o, prezidentlik uğrunda yarışdığı Gürkan Aksoyu məğlub edərək səs çoxluğu ilə qalib gəlib.

Bu gün Türkiyə Atletika Federasiyasının Ataköy Atletika Salonunda keçirilən ümumi yığıncaqda “Beşiktaş” klubunun yeni rəhbərliyi müəyyənləşib. Qurultayda konqres idarə heyətinin sədri vəzifəsinə Uğur Poyraz seçilib.

Tədbir bir dəqiqəlik sükutla başlayıb və ardınca Türkiyə Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra səsverməyə start verilib. Səsvermədə üzvlük haqqını ödəmiş 27 588 klub üzvü iştirak etmək hüququna malik olub.

Prezident seçkilərində Serdal Adalı ağ, Gürkan Aksoy isə narıncı bülletenlə təmsil olunub. Səslərin tam hesablanması başa çatmamış olsa da, Serdal Adalının səs çoxluğu ilə rəqibinə qalib gəldiyi və yenidən klub prezidenti seçildiyi məlum olub.







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu