4 iyul 2026. Şənbə

Fernando Muslera “Qalatasaray”dan ayrıldı


Fernando Muslera “Qalatasaray”dan ayrıldı

Türkiyə futbolunun canlı əfsanələrindən biri olan Fernando Muslera "Qalatasaray"la yollarını ayırıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti rəsmi açıqlama yayıb.

Uruqvaylı qapıçı 2011-ci ildə İtaliyanın “Latsio” klubundan “Qalatasaray”a transfer olunaraq, Bosfor təmsilçisinin əsas simalarından birinə çevrilmişdi. O, sarı-qırmızılı forma ilə 500-dən çox oyuna çıxıb və 16 titul qazanıb – səkkiz Türkiyə çempionluğu, beş Superkubok və üç ölkə kuboku.

Muslera 2016-cı ildə Türkiyədə ilin futbolçusu, 2014/15 və 2017/18 mövsümlərində isə ən yaxşı qapıçı seçilib.

Hazırda 38 yaşlı təcrübəli qolkiperin karyerasını davam etdirib-etdirməyəcəyi hələlik bəlli deyil. Onun gedişi ilə “Qalatasaray”da bir dövr rəsmi olaraq sona çatmış sayılır.

 

 







Türkiyə S.L.

Onana yenidən “Trabzonspor”da
  • Türkiyə S.L.
  • 22:18 03.07.2026
Onana yenidən “Trabzonspor”da