29 yanvar 2026. Cümə axşamı

Qalatasaray'dan çətin qələbə


Qalatasaray'dan çətin qələbə

Türkiyə Super Liqasında 3-cü turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub. 

İki turda 1 xal toplayan “Qalatasaray” səfərdə “Kayseripor”un qonağı olub. Görüşdə hesabı bu yay Kayserispora transfer olunan “Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike açıb. Amma ikinci hissədə həm Enrike, həm də digər komanda yoldaşı Abdennur meydandan qovulub. Bundan yararlanan “Qalatasaray” iki qol vuraraq hesabda önə keçib. 9 nəfərlə qalmasına baxmayaraq, meydan sahibləri əlavə vaxtda daha bir qol vurmağı bacarıb.Amma bu qolun sahibi Umut Bulut da meydandan qovulub. “Qalatasaray”da isə Əmrə Mor qırmızı vərəqə alıb. Buna baxmayaraq, İstanbul təmsilçisi əlavə olunmuş 9-cu dəqiqədə qələbə qolunu vurub. 

Günün digər qarşılaşmasında “Kasımpaşa” “Ankaragücü” ilə qarşılaşıb. Bu oyunda da qonaqlar minimal hesabla qələbə qazanıb.

Türkiyə Super Liqası
3-cü tur

30 avqust

Kasımpaşa – Ankaragücü 0:1
Qol: İ.Parlak, 23.

Kayserispor – Qalatasaray 2:3
Qol: P.Enrike, 37. U.Bulut, 90+1 – Belhanda, 66-pen. Babel, 88. A.Böyük, 90+10.







Türkiyə S.L.

"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 00:51 20.01.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqa klubuna qəyyum təyin olundu
  • Türkiyə S.L.
  • 22:21 16.01.2026
Super Liqa klubuna qəyyum təyin olundu