20 sentyabr 2026. Bazar günü

“Qalatasaray” 2025/2026 mövsümü üçün üçüncü formasını təqdim etdi - FOTOLAR


“Qalatasaray” 2025/2026 mövsümü üçün üçüncü formasını təqdim etdi - FOTOLAR

Türkiyənin “Qalatasaray” klubu 2025/2026 mövsümündə geyinəcəyi üçüncü forma dəstini rəsmi olaraq təqdim edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni forma almaniyalı idman brendi "Puma" tərəfindən hazırlanıb. 

Klubun paylaşımında vurğulanıb:
“Bu tarixə açılan qapıdan keçən miras əsrləri əhatə edir.”

Xatırladaq ki, “Qalatasaray” ötən mövsüm həm Türkiyə çempionluğunu, həm də ölkə kubokunu qazanaraq dubl etmişdi.

1905-ci ildə qurulan İstanbul klubu, tarixində 25 dəfə Türkiyə çempionu, 19 dəfə ölkə kubokunun qalibi, 17 dəfə isə Superkubokun sahibi olub. Avropada isə “Qalatasaray” 2000-ci ildə UEFA Kubokunu (indiki Avropa Liqası) və UEFA Superkubokunu qazanıb.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə