16 mart 2026. Bazar ertəsi

"Fənərbağça"da Joze Mourinyo dövrü başa çatdı


"Fənərbağça"da Joze Mourinyo dövrü başa çatdı

"Fənərbağça" klubu, baş məşqçi Joze Mourinyo ilə yolların ayırıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı məşhur məşqçinin "Fənərbağça" ilə keçirdiyi dövr ərzində komandanın çıxışı və gələcək planları ilə bağlı klub rəhbərliyindən əlavə açıqlama gözlənilir.

"Fənərbağça" ilə keçən mövsümün əvvəlində müqavilə imzalayan məşhur portuqaliyalı məşqçi Joze Mourinyo, "sarı-lacivərtli" klubda ümumilikdə 62 matça çıxıb. Mourinyo, "Fənərbağça"da keçirdiyi müddətdə 37 qələbə qazanarkən, 14 bərabərlik və 11 məğlubiyyət əldə edib. Portuqaliyalı məşqçi, "Fənərbağça"da orta hesabla 2.02 xal göstəricisi tutub.

Mourinyo texniki direktorluq karyerasına "Barselona"da köməkçi məşqçi kimi başlayıb. Daha sonra o, "Benfika", "Leiria", "Portu", "Çelsi", "İnter", "Real Madrid", "Mançester Yunayted", "Tottenhem" və "Roma" kimi klubları çalışdırıb.

Karyerası boyunca Mourinyo bir çox mühüm uğurlara imza atıb. O, 2 dəfə Çempionlar Liqası, 2 dəfə Avropa Liqası, 1 dəfə Konfrans Liqası, 3 dəfə Premyer Liqa, 1 dəfə La Liqa, 2 dəfə Seriya A, F.A. Kuboku, İspaniya Kuboku, İtaliya Super Kuboku, İspaniya Super Kuboku, İngiltərə Liqa Kuboku, Community Shield, Portuqaliya Kuboku, 2 dəfə Portuqaliya Liqası və Portuqaliya Super Kuboku kimi titulları qazanıb.







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu