29 yanvar 2026. Cümə axşamı

"Beşiktaş" Sergen Yalçınla müqavilə imzaladı


"Beşiktaş" Sergen Yalçınla müqavilə imzaladı

"Beşiktaş" klubu baş məşqçi postuna Sergen Yalçının təyinatını rəsmən açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ole Qunnar Sulşerlə yollarını ayıran “qara-ağlılar” 52 yaşlı mütəxəssislə razılığa gəlib.

Yalçınla 2026/27 mövsümünün sonuna qədər – 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sergen Yalçın "Beşiktaş"da ikinci dəfə baş məşqçi kimi çalışacaq. O, ilk dəfə 2019/20 mövsümündə komandaya rəhbərlik etmiş və 1,5 il ərzində bu postda qalmışdı. Təcrübəli mütəxəssis həmin dövrdə "Beşiktaş"a həm Super Liqa, həm də Türkiyə Kubokunun qalibi olmağı bacarmışdı.

Yalçının rəhbərliyi altında “qara-ağlılar” 79 oyuna çıxıb, 45 qələbə, 10 heç-heçə və 24 məğlubiyyət qeydə alıb. Onun həmin dövrdəki orta xal göstəricisi 1,84 olub.

Antrenörlük karyerasına "Beşiktaş"ın aşağı yaş qruplarında başlayan Sergen Yalçın sonrakı illərdə “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Eskişehirspor”, “Alanyaspor” və “Yeni Malatyaspor”u da çalışdırıb.







Türkiyə S.L.

"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 00:51 20.01.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqa klubuna qəyyum təyin olundu
  • Türkiyə S.L.
  • 22:21 16.01.2026
Super Liqa klubuna qəyyum təyin olundu