- Türkiyə S.L.
- 23:02 15.03.2026
Türkiyənin "Başakşəhər" klubu baş məşqçisi Çağdaş Atan ilə yollarını ayırıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ayrılma qərarının qarşılıqlı razılıq əsasında alındığı bildirilib.
Çağdaş Atan, 2023-cü ildən etibarən "Başakşəhər"in baş məşqçisi kimi fəaliyyət göstərirdi. O, İstanbul klubunda ümumilikdə 98 oyun keçirib və bu müddət ərzində 1.66 xal ortalaması ilə 47 qələbə, 22 bərabərlik və 29 məğlubiyyət əldə edib.
"Başakşəhər", yeni mövsümdə Çağdaş Atan rəhbərliyində başladığı mövsümdə Konfrans Liqasının play-off mərhələsində mübarizəni dayandırıb, həmçinin Süper Lig-dəki ilk iki matçından heç-heçə ilə ayrılıb.