5 may 2026. Çərşənbə axşamı

"Qalatasaray" Viktor Osimhenin zədəsi ilə bağlı məlumat yayıb


"Qalatasaray" Viktor Osimhenin zədəsi ilə bağlı məlumat yayıb

Türkiyənin "Qalatasaray" futbol klubu zədələnmiş forvardı Viktor Osimhenin durumu ilə bağlı rəsmi açıqlama yayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçunun ayaq biləyinin bağlarında orta dərəcəli gərilmə və qanaxma aşkar edilib.

"Sarı-qırmızı"lar, nigeriyalının ən qısa zamanda yaşıl meydanlara dönməsi üçün müalicə və bərpa proseslərinə dərhal başlanıldığını qeyd edib.

Osimhenin zədəsi, onun Nigeriya yığmasının heyətində keçirilən oyun zamanı baş verib. Klub, futbolçunun sağalması üçün bütün lazımi tədbirləri görməyə davam edəcəyini vurğulayıb.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi
Derbinin qalibi "Qalatasaray" oldu
  • Türkiyə S.L.
  • 23:07 26.04.2026
Derbinin qalibi "Qalatasaray" oldu