29 yanvar 2026. Cümə axşamı

Qalatasaray'ın yeni transferi oynamayacaq - qırmızı vərəqə aldığına görə


Qalatasaray'ın yeni transferi oynamayacaq - qırmızı vərəqə aldığına görə
“Qalatasaray” klubunun transfer pəncərəsinin son günlərində transfer etdiyi Florin Andone Super Liqanın 4-cü turu çərçivəsində keçiriləcək “Kasımpaşa” ilə oyunda komandasına kömək edə bilməyəcək.

Corner.az xəbər verir ki, buna səbəb 26 yaşlı futbolçunun icarəyə götürüldüyü “Brayton”un heyətində İngiltərə Premyer Liqasında aldığı qırmızı vərəqə  göstərilir.
 
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Rumıniyalı forvard Premyer Liqanın 3-cü turunda keçirilən “Brayton” - “Sauthempton” matçında birbaşa qırmızı vərəqə ilə meydandan qovulub və İngiltərə Futbol Federasiyası ona 3 oyunluq cəza verib. O, “Mançester Siti” ilə Premyer Liqa və “Bristol”la İngiltərə Kubokunun matçında meydana çıxmamaqla 2 oyunluq cəzasını bitirib. Bundan sonra isə o, “Qalatasaray”a transfer olunub. Mövcud qaydalara əsasən, Andonenin 1 oyunluq cəzası qaldığı üçün yeni komandasında da 1 oyunu buraxmalı olacaq.
 






Türkiyə S.L.

"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 00:51 20.01.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqa klubuna qəyyum təyin olundu
  • Türkiyə S.L.
  • 22:21 16.01.2026
Super Liqa klubuna qəyyum təyin olundu