5 avqust 2026. Çərşənbə

Fatih Terimlə bağlı yeni qərar


Fatih Terimlə bağlı yeni qərar

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin 4 oyunluq cəzasını 3-ə endirib.

Corner.az-ın qurumun saytına istinadən xəbərəin görə, 65 yaşlı mütəxəssis, eyni zamanda 19 min yox, 13 min türk lirəsi cərimə ödəyəcək.
 
Beləliklə o, Türkiyə superliqasında  “Kasımpaşa”, “Malatyaspor” və “Fənərbaxça” ilə oyunlarda texniki zonada olmayacaq.

Qeyd edək ki, F.Terimin ölkə çempionatının 3-cü turunda  “Kayserispor”la matçdan  sonrakı açıqlaması idman qaydalarına zidd hesab edildiyi üçün o,  əvvəlcə 4 oyunluq cəzalandırılmışdı.







Türkiyə S.L.