22 oktyabr 2024. Çərşənbə axşamı

Beşiktaş'da maaşlar 5 ay idi ki ödənmirdi - Kuarejma


Beşiktaş'da maaşlar 5 ay idi ki ödənmirdi - Kuarejma

Beşiktaş'dan "Kasımpaşa"ya keçən Rikardo Kuarejma sabiq klubunu sərt ittiham edib.

Corner.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi "beIN Sports Haber"ə açıqlamasında İstanbul klubu ilə son aylarda yaranan narazılıqdan  danışıb. O, klub prezidenti Fikrət Ormanı cəsarətsiz insan adlandırıb:

"Beşiktaş"da maaşlar 5 ay idi ki ödənmirdi. Nə mən, nə də ailəm bundan razı deyildik. Bir həftə sonra prezident Fikrət Orman mənə bu borcların aradan qalxması üçün çek verdi. Banka gedəndə isə çek etibarsız çıxdı. Mən də klubu FIFA-ya şikayət elədim.

Məni hörmətsiz şəkildə göndərdilər. Azarkeşlərlə, komanda yoldaşlarımla vidalaşa bilmədim.

"Beşiktaş"ın prezidenti mənim üçün yox kimidir. Transfer dönəminin bitməsinə 5 gün qalmış idman direktorumuz məni heyətdən kənarlaşdırdıqlarını dedi. Fikrət Ormanın qarşıma çıxmağa cəsarəti yoxdur. Ona görə bu sözü mənə idman direkotu dedi".

Qeyd edək ki, Rikardo Kuarejma 2010-2012-ci illər və 2015-ci ildən bu yaya qədər "Beşiktaş”da oynayıb.







Türkiyə S.L.

 "Qalatasaray" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 22:35 28.09.2024
"Qalatasaray" evdə xal itirdi
Super Liqa klubu baş məşqçisiz qaldı
  • Türkiyə S.L.
  • 14:50 23.09.2024
Super Liqa klubu baş məşqçisiz qaldı
 "Beşiktaş"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:02 22.09.2024
"Beşiktaş"dan çətin qələbə
Renat Dadaşov üçün yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 21:59 17.09.2024
Renat Dadaşov üçün yeni baş məşqçi