6 dekabr 2025. Şənbə

Abramoviç “Qalatasaray”ı alır?


Abramoviç “Qalatasaray”ı alır?

“Çelsi”nin keçmiş prezidenti və Rusiya biznesmeni Roman Abramoviç Türkiyənin “Qalatasaray” klubunu almaq planları ilə bağlı yayılan məlumatı təkzib edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə funksionerin nümayəndəsi "TASS"a verdiyi açıqlamada bildirilir:

“Bu məlumat həqiqəti əks etdirmir. Cənab Abramoviç heç bir futbol klubunu alır və ya ora investisiya qoymur.”

Qeyd edək ki, bundan əvvəl Türkiyənin "Sözcü" qəzeti Abramoviçin “Qalatasaray”ın nəzarət paketini almağı planlaşdırdığı barədə məlumat yaymışdı.

Xatırladaq ki, Roman Abramoviç 2003-cü ildə “Çelsi” klubunun sahibi olub. 2022-ci ilin may ayında biznesmen klubu amerikalı investor Todd Boulinin rəhbərlik etdiyi konsorsiuma satıb.







Türkiyə S.L.

 "Qalatasaray"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:12 05.12.2025
"Qalatasaray"dan çətin qələbə
İstanbul derbisində heç-heçə
  • Türkiyə S.L.
  • 23:11 01.12.2025
İstanbul derbisində heç-heçə
"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 22:57 30.11.2025
"Beşiktaş"dan inamlı qələbə