20 sentyabr 2026. Bazar günü

“Beşiktaş” səfərdə “Konyaspor”a qalib gəldi


“Beşiktaş” səfərdə “Konyaspor”a qalib gəldi

Türkiyənin “Beşiktaş” komandası Türkiyə Süper Liqasının 3-cü turunun təxirə salınmış oyununda səfərdə “Konyaspor”la qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi görüşü 2:0 hesabı ilə qalib başa vurub. "Beşiktaş"ın qələbə qollarını Ndidi və Abraham vurub.

Bu nəticə ilə “Beşiktaş” mövsümdə qalan oyunlarını tamamlayaraq xallarını 16-ya çatdırıb. Komanda hazırda lider “Qalatasaray”dan 9 xal geri qalaraq 6-cı pillədə qərarlaşıb. “Konyaspor” isə 11 xalla 9-cu sırada qalıb.

Qeyd edək ki, növbəti turda “Beşiktaş” səfərdə “Kasımpaşa” ilə qarşılaşacaq, “Konyaspor” isə “Gençlerbirliyi”nin qonağı olacaq.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə