14 dekabr 2025. Bazar günü

“Dövlət əli-qolu bağlı baxa bilməz” - Ərdoğan hakimlər qalmaqalına münasibət bildirdi


“Dövlət əli-qolu bağlı baxa bilməz”  - Ərdoğan hakimlər qalmaqalına münasibət bildirdi

Türkiyə futbolunda səs-küyə səbəb olan “hakimlər və mərc” qalmaqalı ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, Almaniya kansleri Fridrix Merslə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan, 152 hakim barəsində başlanan istintaqla bağlı mövqeyini açıqlayıb:

“Son günlərdə hakimlərlə bağlı bir hadisə ortaya çıxıb. Futbol meydanlarında baş verənlərə dövlətin əl-qolu bağlı şəkildə baxması mümkün deyil. Lazım olan hər bir addım atılmalıdır və hazırda da bu addımlar atılır.”

Ərdoğan əlavə edib ki, azarkeşlər də bu əməliyyata müsbət reaksiya veriblər:

“Tribunalardakı insanlar bu prosesin başladığını görüb sevinirlər. ‘Nələr baş verir, nə gözəl ki, tədbir görülür’ deməyə başlayıblar.”







Türkiyə S.L.

Ahmet Çakar xəstəxanaya yerləşdirildi
  • Türkiyə S.L.
  • 20:23 08.12.2025
Ahmet Çakar xəstəxanaya yerləşdirildi
"Trabzonspor"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:09 07.12.2025
"Trabzonspor"dan çətin qələbə
 "Qalatasaray"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:12 05.12.2025
"Qalatasaray"dan çətin qələbə