20 iyun 2026. Şənbə

“Gənclərbirliyi” “Başakşəhər”i məğlub etdi


 “Gənclərbirliyi” “Başakşəhər”i məğlub etdi

Türkiyə Super Liqasının 12-ci turunun açılış oyununda “Gənclərbirliyi” öz meydanında “Başakşəhər”i qəbul edib.

90deqiqe.Az xəbər verir ki, görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.

Matçın ilk yarım saatı qolsuz keçib. Ankaralılar 35-ci dəqiqədə Talissonun vurduğu qolla önə çıxıblar və fasiləyə 1:0 hesablı üstünlüklə yollanıblar.

İkinci hissəyə daha fəal başlayan “Başakşəhər” 46-cı dəqiqədə Eldor Şomurodovun qolu ilə hesabı bərabərləşdirib. Lakin cəmi yeddi dəqiqə sonra “Gənclərbirliyi” penalti zərbəsi qazanıb. Mbaye Nianq 53-cü dəqiqədə bu imkandan yararlanaraq hesabı 2:1 edib.

Qarşılaşmanın qalan dəqiqələrində hesab dəyişməyib və “Gənclərbirliyi” mövsümdə dördüncü qələbəsini əldə edib.

Bu nəticə ilə paytaxt təmsilçisi xalını 11-ə yüksəldib, “Başakşəhər” isə 13 xalla turu tamamlayıb.







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı