16 mart 2026. Bazar ertəsi

Türkiyədə 1024 futbolçu mərc qalmaqalına görə intizama göndərildi


Türkiyədə 1024 futbolçu mərc qalmaqalına görə intizama göndərildi

Türkiyə Futbol Federasiyası (TFF) peşəkar liqalarda aparılan mərc araşdırması nəticəsində 1024 futbolçunun mərc oynadığının müəyyənləşdirildiyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, Federasiyanın qərarına əsasən, adı hallanan oyunçular Futbol İntizam Talimatının 57-ci maddəsinə uyğun olaraq 10 noyabr 2025-ci ildən etibarən ehtiyat tədbiri ilə Peşəkar Futbol Disiplin Komitəsinə (PFDK) göndərilib.

Açıqlamada bildirilir ki, həmin futbolçular arasında Super Liqa klublarından 27 oyunçu da yer alır. Ümumilikdə 14 Super Liqa komandasının oyunçularının adı siyahıya daxil edilib.

TFF həmçinin bildirib ki, bu vəziyyətlə əlaqədar klubların heyət boşluqlarını doldura bilməsi üçün FIFA ilə təcili danışıqlara başlanılıb. Planlaşdırılır ki, 2025–2026 mövsümünün qış transfer pəncərəsinə əlavə olaraq 15 günlük əlavə transfer dövrü müəyyən edilsin.

Bundan əlavə, TFF İcraiyyə Komitəsinin 10 noyabr qərarı ilə II və III Liqaların oyun cədvəli iki həftə təxirə salınıb, Super Liqa və I Liqa matçları isə əvvəlcədən elan olunan tarixlərdə keçiriləcək.

Federasiya qeyd edib ki, yalnız bir dəfə mərc fəaliyyəti qeydə alınan 47 futbolçunun intizamla bağlı qərarı əlavə sübut və rəsmi sənədlər daxil olduqdan sonra veriləcək.

TFF-nin rəsmi açıqlamasına əsasən, araşdırma hələ davam edir və rəsmi qurumlardan gələcək cavablardan asılı olaraq istintaqın miqyası genişləndiriləcək.







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu