12 mart 2026. Cümə axşamı

“Qalatasaray” “Fənərbağça”nın futbolçusu barədə cinayət işi tələb edib


“Qalatasaray” “Fənərbağça”nın futbolçusu barədə cinayət işi tələb edib

“Qalatasaray” prinsipial derbidə baş verən insidentlə bağlı “Fənərbağça”nın hücumçusu Con Duranın barəsində hüquqi addım atıb.

90deqiqe.Az-ın “Hurriyet” nəşrinə istinadən məlumatına görə, İstanbul klubu kolumbiyalı futbolçunun qoldan sonra sərgilədiyi davranışa görə prokurorluğa müraciət ünvanlayıb.

Məlumata görə, Duran 90+6-cı dəqiqədə vurduğu bərabərlik qolunu qeyri-etik şəkildə qeyd edib. “Qalatasaray” müraciətdə futbolçunun həmin jestinə görə onun eksqibisionizm və cinsi xarakterli hərəkətlər səbəbi ilə cəzalandırılmasını tələb edir. 

Qeyd edək ki, Con Duran “Fənərbağça”ya 2025/2026 mövsümünün sonunadək icarə əsasında məxsusdur. Hücumçunun transfer hüquqları Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna aiddir.

Super Liqada 14 turdan sonra “Qalatasaray” 33, “Fənərbağça” isə 32 xalla müvafiq olaraq ilk iki sırada qərarlaşıb.







Türkiyə S.L.

"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu
"Fənərbağça"dan vacib xal itkisi
  • Türkiyə S.L.
  • 23:08 01.03.2026
"Fənərbağça"dan vacib xal itkisi