- Türkiyə S.L.
- 17:07 05.12.2025
İstanbul Respublika Baş Prokurorluğunun mərc oyunları ilə bağlı apardığı istintaq çərçivəsində bu gün səhər genişmiqyaslı əməliyyat keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, əməliyyat zamanı çox sayda futbolçu, eləcə də bir neçə klub rəhbəri saxlanılıb. Hazırda həmin şəxslərin adları açıqlanmır.
Məlumata görə, istintaq prosesində bəzi idman şərhçiləri də saxlanılanlar arasında yer alıb.
Qeyd edək ki, bir müddət əvvəl hakimlərlə yanaşı, Superliqa və I Liqadan ümumilikdə 102 futbolçu mərc oyunlarında iştiraka görə diskvalifikasiya edilmişdi. Cəzalandırılanlar arasında “Qalatasaray” və “Trabzonspor”un futbolçuları da var.
“Qalatasaray”dan Metehan Baltacı 9 ay, Eren Elmalı 45 gün müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb. “Trabzonspor”lu Boran Başqan 3 ay, Salih Malkoçoğlu isə 45 günlük cəza alıb.
Azərbaycan millisinin sabiq futbolçusu, “Neftçi” və “Səbail”in keçmiş oyunçusu Mert Çelik də 45 günlük diskvalifikasiya ilə cəzalandırılıb.