14 dekabr 2025. Bazar günü

Ərdoğan futbol üzrə mərc araşdırması ilə bağlı danışdı


Ərdoğan futbol üzrə mərc araşdırması ilə bağlı danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan futbolda aparılan mərc araşdırmaları ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə,  dövlət başçısı Türkmənistanın paytaxtı Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Etimad Forumu”ndan sonra Türkiyəyə dönüş zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Futboldakı mərc iddialarına toxunan R.T.Ərdoğan bildirib ki, bu cür qalmaqallar ölkə adına ciddi məyusluq doğurur:

“İdarəçisindən rəhbərinə, futbolçusuna qədər bir çox adın burada yer alması və bu şəxslərin adının belə qalmaqallara qarışması, ölkəmdə bunun baş verməsi bir Prezident olaraq bizi doğrudan da üzmüş, heyrətə salmışdır. Milyonlarla lirə transfer haqqı alan bu insanların bu işin içinə necə girdiyi sual doğurur. Rəhbərlərə baxırsan, bu işi necə edə bilirlər, necə bulaşırlar?”

Futbolun əsasının ədalət olduğunu vurğulayan Türkiyə Prezidenti qeyd edib ki, ədalət təmin olunmadıqca nəticələr qənaətbəxş ola bilməz:

“Əgər biz bu ədaləti təmin edə bilməsək, meydanlardan çıxan nəticə bizi əsla qane etməz. Çünki ədalətdən uzaq nəticə ortaya çıxar. Bu isə qəbulolunan deyil. Biz futbolun nəcib və təmiz ruhunun tərəfindəyik”.

Ərdoğan yargı mexanizminin prosesə ədalətli yanaşacağına inandığını da bildirib:

“Haradan gəlməsindən asılı olmayaraq, hansı klubdan olursa-olsun – A klubu, B klubu fərq etməz. Burada ədalət bizim üçün çox önəmlidir. Hazırda düşünürəm ki, məhkəmə bu vəzifəsini ən ideal şəkildə yerinə yetirir. Biz bu mübarizəni tribunaların səsi, gənclərin xəyalları və bu millətin təmiz futbol arzusu naminə sonuna qədər davam etdirəcəyik”.







Türkiyə S.L.

Ahmet Çakar xəstəxanaya yerləşdirildi
  • Türkiyə S.L.
  • 20:23 08.12.2025
Ahmet Çakar xəstəxanaya yerləşdirildi
"Trabzonspor"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:09 07.12.2025
"Trabzonspor"dan çətin qələbə
 "Qalatasaray"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:12 05.12.2025
"Qalatasaray"dan çətin qələbə