5 mart 2026. Cümə axşamı

Türkiyənin tanınmış klubu növbəti mövsümü III Liqada keçirəcək


Türkiyənin tanınmış klubu növbəti mövsümü III Liqada keçirəcək

Türkiyədə mərc oyunları ilə bağlı aparılan araşdırmalar “Yeni Malatyaspor” üçün ağır nəticələrə səbəb olub.

90deqiqe.Az xəbər verir ki, araşdırma çərçivəsində klubun bir çox futbolçusunun cəzalandırılmasından sonra komanda ardıcıl olaraq rəsmi oyunlara çıxmayıb. Bu səbəbdən Türkiyə Futbol Federasiyasının qərarı ilə “Yeni Malatyaspor” III Liqaya endirilib.

Malatya təmsilçisi 29 noyabrda “Adanaspor”, 6 dekabrda “İsparta 32” və 13 dekabrda “Kırklarelispor”a qarşı keçirilməli olan qarşılaşmalarda iştirak etməyib. Qaydalara əsasən ardıcıl üç oyuna çıxmayan klub avtomatik olaraq aşağı liqaya göndərilib.

Qeyd edək ki, “Yeni Malatyaspor” bir vaxtlar Türkiyə futbolunun aparıcı klublarından biri kimi tanınıb. Komanda 2018–2019-cu illər mövsümündə Superliqada 5-ci yeri tutaraq növbəti mövsüm UEFA Avropa Liqasında iştirak etmək hüququ qazanmışdı.

Yaşanan bu hadisə son illər ciddi maliyyə və idman böhranı ilə üzləşən klubun tarixində ən ağır dönəmlərdən biri kimi dəyərləndirilir.







Türkiyə S.L.

"Fənərbağça"dan vacib xal itkisi
  • Türkiyə S.L.
  • 23:08 01.03.2026
"Fənərbağça"dan vacib xal itkisi
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
  • Türkiyə S.L.
  • 23:47 28.02.2026
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 19:01 28.02.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqada ev sahiblərinin günü
  • Türkiyə S.L.
  • 23:23 27.02.2026
Super Liqada ev sahiblərinin günü
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:15 23.02.2026
"Fənərbağça" evdə xal itirdi
"Çox adam mənə dəli olduğumu dedi"
  • Türkiyə S.L.
  • 21:44 23.02.2026
"Çox adam mənə dəli olduğumu dedi"