26 dekabr 2025. Cümə

Türkiyədə futbol mərc oyunları ilə bağlı aparılan istintaqda “Qalatasaray”ın sabiq vitse-prezidenti də saxlanılıb


Türkiyədə futbol mərc oyunları ilə bağlı aparılan istintaqda “Qalatasaray”ın sabiq vitse-prezidenti də saxlanılıb

Türkiyə futbolunda aparılan mərc oyunları ilə bağlı istintaq çərçivəsində 29 nəfər, o cümlədən 14 futbolçu barəsində saxlanma qərarı verilib.

90deqiqe.Az xəbər verir ki, bu şəxslər arasında "Qalatasaray"ın sabiq vitse-prezidenti Erdən Timur da yer alır.

Məhkəmənin qərarına əsasən, şübhəli şəxslərin ifadələrinin alınması və istintaqın genişləndirilməsi məqsədilə əməliyyat tədbirləri davam edir. Rəsmi mənbələrdən əldə edilən məlumata görə, sübutlar şübhəli şəxslərin qeyri-qanuni mərc fəaliyyətlərində iştirak etdiklərini göstərir.

Hüquq-mühafizə orqanları, ötən mövsümdə baş tutan "Kasımpaşa"–"Samsunspor" oyununun nəticəsini manipulyasiya etməkdə ittiham olunan 6 şübhəlinin saxlanıldığını açıqlayıb.

İstintaq tədbirləri hələ də davam etməkdədir.







Türkiyə S.L.

Super Liqada ev sahiblərinin günü
  • Türkiyə S.L.
  • 23:43 21.12.2025
Super Liqada ev sahiblərinin günü