14 may 2026. Cümə axşamı

Türkiyə Superkubokunda ilk finalçı müəyyənləşib


Türkiyə Superkubokunda ilk finalçı müəyyənləşib

Futbol üzrə Türkiyə Superkubokunda ilk yarımfinal qarşılaşması baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, “Qalatasaray” və “Trabzonspor” komandaları arasında keçirilən oyunda İstanbul təmsilçisi inamlı qələbə qazanaraq finala yüksəlib.

Qaziantep Böyükşəhər Stadionunda təşkil olunan görüşdə “Qalatasaray” rəqibini 4:1 hesabı ilə məğlub edib və həlledici mərhələyə vəsiqə əldə edib.

“Qalatasaray”ın finaldakı rəqibi “Fənərbağça” – “Samsunspor” cütünün qalibi olacaq. Həmin yarımfinal görüşü yanvarın 6-da keçiriləcək.

Qeyd edək ki, Türkiyə Superkuboku uğrunda final matçı yanvarın 10-da İstanbulda yerləşən Atatürk Olimpiya Stadionunda oynanılacaq.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi