14 yanvar 2026. Çərşənbə

Super Liqa klubu onunla yollarını ayırdı


Super Liqa klubu onunla yollarını ayırdı

32 yaşlı yarımmüdafiəçi Kərim Demirbay “Eyüpspor” klubu ilə yollarını ayırıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hazırda azad agent statusu alan futbolçunun "Kasımpaşa" ilə 2.5+1 illik müqavilə imzalanacağı gözlənilir.

Xatırladaq ki, Demirbay “Eyüpspor”a 2025-ci ilin yayında transfer olunmuşdu. O, yarım mövsüm ərzində Türkiyə çempionatında 16 oyunda meydana çıxıb.

Qeyd edək ki, Kərim Demirbay bundan əvvəl iki il “Qalatasaray”ın formasını geyinib və İstanbul nəhəngi ilə iki dəfə Türkiyə çempionu olub. Bununla belə, futbolçu daha çox Almaniya Bundesliqasındakı çıxışları ilə tanınır.

Dortmund “Borussiya”sının yetirməsi olan Demirbay Almaniya çempionatında “Hamburq”, “Kayzerslautern”, “Bayer”, “Hoffenhaym” klublarında çıxış edib.

Hazırda “Eyüpspor” Türkiyə Superliqasında çətin mövsüm keçirir. Komanda turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb və aktivində 13 xal var.







Türkiyə S.L.

“Beşiktaş”ın borcu açıqlanıb
  • Türkiyə S.L.
  • 14:34 27.12.2025
“Beşiktaş”ın borcu açıqlanıb