31 yanvar 2026. Şənbə

“Fənərbağça”nın borcu açıqlanıb


“Fənərbağça”nın borcu açıqlanıb

“Fənərbağça” klubunun Yüksək Divan Şurasının iclasında İstanbul təmsilçisinin borcu açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, "sarı-lacivərdlilər"in ümumi borcunun 27 milyard 635 milyon türk lirəsi olduğu bildirilib.

“Fənərbağça” Klubunun Yüksək Divan Şurasının iclası Faruk Ilgaz Təsislərində keçirilib.

İclasda çıxış edən “Fənərbağça” Klubunun Nəzarət Şurasının sədri Mehmet Vodina aparılan yoxlamanın 1 iyun 2025 – 30 noyabr 2025 tarixlərini əhatə etdiyini qeyd edib.

Mehmet Vodinanın sözlərinə görə, klubun qısamüddətli öhdəlikləri 18 milyard 398 milyon lirə, uzunmüddətli öhdəlikləri isə 9 milyard 237 milyon lirə təşkil edir. 30 noyabr 2025-ci il tarixinə olan məlumata əsasən, “Fənərbağça”nın ümumi borcu 27 milyard 635 milyon TL olaraq açıqlanıb. Bildirilib ki, bu məbləğin 30 noyabr tarixindəki məzənnə ilə avro ekvivalenti 563 milyon avroya bərabərdir.

Klubun ümumi aktivlərinin 26 milyard 87 milyon lirə olduğunu vurğulayan Vodina, hesabat dövründə faktiki xərclərin 1 milyard 962 milyon lirə, gəlirlərin isə 1 milyard 530 milyon lirə təşkil etdiyini diqqətə çatdırıb.







Türkiyə S.L.

“Fənərbağça”nın borcu açıqlanıb
  • Türkiyə S.L.
  • 16:00 31.01.2026
“Fənərbağça”nın borcu açıqlanıb
"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 00:51 20.01.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqa klubuna qəyyum təyin olundu
  • Türkiyə S.L.
  • 22:21 16.01.2026
Super Liqa klubuna qəyyum təyin olundu