4 fevral 2026. Çərşənbə

Kante transferində Prezident Ərdoğanın dəstəyi


Kante transferində Prezident Ərdoğanın dəstəyi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan N’Qolo Kantenin “Fənərbağça” klubuna transferində mühüm rol oynayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Öz adımdan və klubumuz adından futbolçunun transferinin uğurla başa çatmasına verdiyi dəstəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm. Bu keçid həm ‘Fənərbağça’ya, həm də Türkiyə futboluna böyük fayda verəcək”, – deyə klubun mətbuat xidməti “Fənərbağça”nın prezidenti Sadəttin Saranın sözlərini sitat gətirib.

Qeyd edək ki, məşhur fransalı yarımmüdafiəçi son iki mövsümü Səudiyyə Ərəbistanında “Əl-İttihad” klubunun heyətində keçirib. Dünya çempionu və İngiltərə Premyer Liqasının ikiqat qalibi olan Kante daha əvvəl “Lester” və “Çelsi”nin formasını geyinib.

Hazırda 34 yaşlı futbolçunun çıxış etdiyi “Fənərbağça” Türkiyə Superliqasında 46 xalla ikinci pillədə qərarlaşıb. Komandanın lider “Qalatasaray”dan geri qalması 3 xaldır.







Türkiyə S.L.

"Fənərbağça"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:09 02.02.2026
"Fənərbağça"dan inamlı qələbə
Superliqada meydan sahiblərinin günü
  • Türkiyə S.L.
  • 22:58 01.02.2026
Superliqada meydan sahiblərinin günü
“Fənərbağça”nın borcu açıqlanıb
  • Türkiyə S.L.
  • 16:00 31.01.2026
“Fənərbağça”nın borcu açıqlanıb
"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə