20 sentyabr 2026. Bazar günü

“Qalatasaray”ın futbolçusu huşunu itirdi


“Qalatasaray”ın futbolçusu huşunu itirdi

Türkiyə Kubokunun “Qalatasaray” – “İstanbulspor” oyununda ciddi insident baş verib.

90deqiqe.Az xəbər verir ki, “Qalatasaray”ın yarımmüdafiəçisi Əhməd Kutucu yüksək sürətlə hərəkət edərkən rəqib qapıçı İsa Doğanla toqquşub və aldığı zərbədən huşunu itirib.

Futbolçu dərhal meydandan daşıma arabası ilə çıxarılıb. “İstanbulspor”un qapıçısı Doğan da zədələnərək dərhal əvəzlənib. Hadisə tribunadakı azarkeşlər arasında şok effekti yaradıb.

Oyunun qalan hissəsi davam etdirilib və “Qalatasaray” 3:1 hesabı ilə qalib gəlib. Ev sahibi komandada qolları Mauro İkardi, Lukas Torreira vurub, Kutuccu isə zədələnmədən əvvəl fərqlənib.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə