22 mart 2026. Bazar günü

Türkiyə futbolunda mərc və oyun saxtakarlığı üzrə ittiham aktı hazırlandı


Türkiyə futbolunda mərc və oyun saxtakarlığı üzrə ittiham aktı hazırlandı

İstanbul Cumhuriyyət Baş Prokurorluğu futbol oyunlarının saxtalaşdırılması və mərc qalmaqalları ilə bağlı istintaqı tamamlayıb.

90deqiqe.Az xəbər verir ki, hazırlanan iddianamədə 5-i həbsdə olmaqla 52 nəfər şübhəli kimi göstərilib.

Sənədə görə, "Zonguldakspor" Futbol Klubu AŞ “zərər çəkmiş tərəf”, "Ankaraspor" və "Nazillispor" isə “maliyyə məsuliyyəti daşıyan” tərəf kimi qeyd olunub. Şübhəlilər arasında "Ankaraspor" sahibi Ahmet Okatan, "Ankaraspor" prezidenti Mehmet Emin Katipoğlu və "Nazillispor" prezidenti Şahin Kaya də var.

İddianamədə şübhəlilərin “oyun nəticələrini əvvəlcədən razılaşdırmaq” ittihamı ilə məsuliyyətə cəlb olunması, həmçinin onlara idman yarışlarını izləmək hüququndan məhrum edilmə tətbiq edilməsinin tələb olunduğu bildirilir.

İstintaq sənədində cinayətin maliyyə və təşkilati tərəfi, iştirakçılar arasındakı əlaqələr və şübhəlilərin məsuliyyət dərəcələri detallı şəkildə əks olunub.







Türkiyə S.L.

"Beşiktaş"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 22:59 19.03.2026
"Beşiktaş"dan çətin qələbə
 "Fənərbağça"dan darmadağın
  • Türkiyə S.L.
  • 22:58 17.03.2026
"Fənərbağça"dan darmadağın
"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə