20 sentyabr 2026. Bazar günü

"Fənərbağça"dan inamlı qələbə


"Fənərbağça"dan inamlı qələbə

Türkiyə Ziraat Kubokunun C qrupunda 3-cü turun oyununda "Fənərbağça" doğma meydanda "Ərzurumspor"u qəbul edib.

90deqiqe.Az-ın məlumata görə, qarşılaşma "sarı-lacivərtlilər"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Matça istənilən kimi başlaya bilməyən İstanbul təmsilçisi hesabda geri düşsə də, sonradan oyunun taleyini dəyişməyi bacarıb. Fənərbaxçanın heyətində əvvəlcə Asensio fərqlənərək hesabı bərabərləşdirib. Daha sonra səhnəyə çıxan Taliska ardıcıl iki qolla komandasına vacib qələbə qazandırıb.

Bu nəticə ilə "Fənərbağça" C qrupunda xalını 6-ya yüksəldib. Qeyd edək ki, "sarı-lacivərtlilər" Türkiyə Kubokunda "Beşiktaş"a məğlub olduqdan sonra ardıcıl olaraq "Beyoğlu Yeni Çarşı" və "Ərzurumspor" üzərində qələbə qazanıblar.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə