- Türkiyə S.L.
- 23:20 09.02.2026
İstanbul Cümhuriyyət Baş Prokurorluğu futbol şərhçisi Erman Toroğlu barəsində “ictimaiyyəti bilərəkdən yanlış məlumat yayma” maddəsi üzrə istintaqa başlanıldığını açıqlayıb.
90deqiqe.Az "NTV Spor"a istinadla xəbər verir ki, ifadə prosedurları başa çatdıqdan sonra Erman Toroğlu barəsində adli nəzarət tədbirinin seçilməsi tələbi ilə növbətçi Sulh Cəza Hakimliyinə müraciət olunub.
Qeyd edək ki, araşdırmaya səbəb "Çaykur Rizəspor" – “Qalatasaray” oyunundan sonra canlı yayımda Erman Toroğlunun səsləndirdiyi iddialar olub. O, “Qalatasaray” Klubunun prezidenti Dursun Özbek ilə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu arasında keçdiyini iddia etdiyi dialoqa toxunub.
Toroğlu canlı yayımda bildirib ki, tərəflər arasında mübahisə zamanı Dursun Özbekin TFF prezidentinə “aramızda danışılanları açıqlama” məzmunlu ifadə işlətdiyi deyilib. O, həmçinin iddialara görə, Özbekin federasiya rəhbərinə “bu mövsüm çempion olmağın məcburi olduğu, klub daxilindən təzyiqlərin olduğu və dəstəyə ehtiyac duyulduğu” barədə sözlər söylədiyini qeyd edib.
Erman Toroğlu səsləndirdiyi fikirlərin dəqiqliyinə əmin olmadığını bildirərək, “Ümid edirəm ki, bu deyilənlər doğru deyil”, – deyə əlavə edib.