24 fevral 2026. Çərşənbə axşamı

"Çox adam mənə dəli olduğumu dedi"


"Çox adam mənə dəli olduğumu dedi"

Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Viktor Osimhen transferi ilə bağlı xatirələrini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "The Players' Tribune" təcrübəli forvardın dediklərini belə çatdırıb.

 “Neapoldan ayrılarkən bir çox insan mənə Türkiyəyə getməməyimi deyirdi, hətta dəli olduğumu söyləyənlər vardı. Keçmiş agentim bu addımın məntiqli olmadığını bildirmişdi. Amma mən qərarlarımı ürəyimlə verirəm. Mən ‘Qalatasaray’da oynamaq istəyirdim. Dünyada azarkeş ehtirasına görə ilk üçlükdə yer alan klublardan birinə keçmək arzusunda idim”

Osimhen qeyd edib ki, müqavilə imzalamazdan əvvəl baş məşqçi Okan Buruk ilə telefon danışığı onun qərarında mühüm rol oynayıb:

“Müqavilədən əvvəl Okan Buruk mənə zəng etdi və dedi: ‘Sənə şəxsən – bir insan, bir məşqçi və bir ata kimi deyirəm ki, səni komandamda görmək istəyirəm. Azarkeşlərin səni çox sevəcəyinə əminəm. Çətin anlar yaşasan belə, bu klub səni daim dəstəkləyəcək’”.

Qeyd edək ki, nigeriyalı forvard 2025-ci ilin yayında İtaliyanın Napoli klubundan 75 milyon avro qarşılığında İstanbul təmsilçisinə transfer olunub.

27 yaşlı hücumçu cari mövsümdə 23 oyunda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.







Türkiyə S.L.

"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:15 23.02.2026
"Fənərbağça" evdə xal itirdi
"Çox adam mənə dəli olduğumu dedi"
  • Türkiyə S.L.
  • 21:44 23.02.2026
"Çox adam mənə dəli olduğumu dedi"
"Qalatasaray"dan darmadağın
  • Türkiyə S.L.
  • 23:00 13.02.2026
"Qalatasaray"dan darmadağın