17 avqust 2026. Bazar ertəsi

Terim derbi öncəsi danışdı - "Hazırıq"


Terim derbi öncəsi danışdı - "Hazırıq"

Qalatasaray'ın baş məşqçisi Fatih Terim Türkiyə Superliqasının 6-cı turunda evdə “Fənərbaxça” ilə oyun öncəsi açıqlama verib.

Corner.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə,  66 yaşlı mütəxəssis İstanbul derbisinə hazır olduqlarını deyib:

“Ötən il fərqli bir oyun oynadıq. Daha yaxşı nəticə ilə ayrıla biləcəyimiz bir matç 2:2 hesabı ilə bitdi. Bu həftə azarkeşlərimizin dəstəyi ilə qalib gələcəyimizə inanıram. Hamımız oyuna hazırıq”.

O, sıx oyun qrafiki ilə əlaqədar futbolçuların əvəzlənməsi ilə bağlı da danışıb: “Onlar həftədə 3 matçda oynamağa alışacaqlar. “Qalatasaray”da oynayan futbolçunun bəhanəsi ola bilməz”.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" görüşü sentyabrın 28-i keçiriləcək.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 00:32 16.08.2026
“Fənərbağça” səfərdə uduzdu
“Trabzonspor”un borcu açıqlandı
  • Türkiyə S.L.
  • 21:47 10.08.2026
“Trabzonspor”un borcu açıqlandı