15 aprel 2026. Çərşənbə

“Jedson Fernandeş ilə görüş olmayıb, amma..."


“Jedson Fernandeş ilə görüş olmayıb, amma..."

"Beşiktaş"ın prezidenti Serdal Adalı "Spartak Moskva"nın yarımmüdafiəçisi Jedson Fernandeş ilə transfer danışıqlarına başladığı barədə yayılan məlumatlara münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, "De Marke Sports" funksionerin dediklərini belə çatdırıb.

 “Jedson Fernandeş ilə görüş olmayıb. Mənim bildiyimə görə, o, hazırkı komandasında məmnundur. Bu sualın niyə ortaya çıxdığını anlamıram, çünki indi transfer mövsümü deyil. Əgər o, bizim klubumuza keçmək istəsə, ‘Beşiktaş’ın qapıları həmişə Jedson üçün açıqdır”

Daha əvvəl portuqaliyalı futbolçunun Rusiyada xoşbəxt olmadığı, adaptasiya problemləri yaşadığı və “Beşiktaş”a qayıtmaq istədi ilə bağlı iddialar yayılmışdır.

Cari mövsümdə portuqaliyalı futbolçu bütün turnirlərdə 22 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun "Spartak Moskva" ilə mövcud müqaviləsi 2029-cu ilin yayına qədər etibarlıdır. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 18 milyon avrodur.







Türkiyə S.L.

“Bu sistem belə düzəlməz”
  • Türkiyə S.L.
  • 00:48 14.04.2026
“Bu sistem belə düzəlməz”
"Qalatasaray"dan gözlənilməz xal itkisi
  • Türkiyə S.L.
  • 23:00 12.04.2026
"Qalatasaray"dan gözlənilməz xal itkisi
"Beşiktaş"dan darmadağın
  • Türkiyə S.L.
  • 23:17 10.04.2026
"Beşiktaş"dan darmadağın
“Qalatasaray”dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:51 08.04.2026
“Qalatasaray”dan səfərdə qələbə