- Türkiyə S.L.
- 19:04 25.03.2026
Türkiyədə tanınmış şəxslərlə bağlı aparılan narkotik maddə istintaqı çərçivəsində yeni əməliyyat keçirilib.
90deqiqe.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, əməliyyat zamanı iş adamları, "Qalatasaray" klubunun sabiq prezidenti Burak Elmas və "Beşiktaş" klubunun sabiq prezidenti Fikret Orman saxlanılan şəxslər arasında olublar.
İstanbul Respublika Prokurorluğundan bildirilib ki, cəmiyyətin ümumi əxlaqının, sosial quruluşunun və ailə institutunun qorunması məqsədilə bir sıra şəxslər barəsində istintaq başladılıb.
Toplanmış sübutlar əsasında “istifadə məqsədilə narkotik maddə saxlamaq və ya narkotik maddə istifadəsini asanlaşdırmaq” ittihamı ilə 16 şübhəli barəsində saxlanılma qərarı verilib.
İstanbul Narkotik Cinayətlərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 ünvanda eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat nəticəsində 14 nəfər saxlanılıb, daha 2 nəfər barəsində isə axtarış qərarı çıxarılıb.
İstintaq tədbirləri davam etdirilir.