27 mart 2026. Cümə

Sabiq klub prezidentləri sərbəst buraxıldı


Sabiq klub prezidentləri sərbəst buraxıldı

Narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində saxlanılan “Qalatasaray”ın sabiq prezidenti Burak Elmas və “Beşiktaş”ın keçmiş prezidenti Fikrət Orman barədə məhkəmə qərarı verilib.

90deqiqe.Az xəbər verir ki, İstanbul Respublika Prokurorluğu tərəfindən həyata keçirilən araşdırma çərçivəsində tanınmış şəxslərə qarşı əməliyyat keçirilib. Ümumilikdə 16 nəfər barəsində saxlanılma qərarı çıxarılsa da, onlardan 14-ü çərşənbə axşamı gecəsi saxlanılıb.

Saxlanılan şəxslərin polis orqanlarında istintaq hərəkətləri tamamlanıb. Tibbi müayinədən keçirilən şübhəlilər daha sonra İstanbul Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb. Ardınca onlardan qan və saç nümunələrinin götürülməsi üçün Məhkəmə-Tibbi Ekspertiza Qurumuna göndərildikləri bildirilib.

Ekspertiza prosedurlarından sonra yenidən müvafiq quruma qaytarılan şəxslər bu gün məhkəməyə çıxarılıb.

Son məlumata görə, ifadələri alınan Burak Elmas və Fikrət Orman da daxil olmaqla ümumilikdə 6 nəfər barəsində ölkədən çıxışa qadağa tətbiq olunması tələbi ilə təqdimat verilib.

Məhkəmənin qərarı ilə Elmas və Orman daxil olmaqla 6 nəfər barəsində ölkədən çıxışa qadağa qoyulmaqla, onların sərbəst buraxılması qərara alınıb.

 







Türkiyə S.L.

"Beşiktaş"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 22:59 19.03.2026
"Beşiktaş"dan çətin qələbə
 "Fənərbağça"dan darmadağın
  • Türkiyə S.L.
  • 22:58 17.03.2026
"Fənərbağça"dan darmadağın
"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə