27 mart 2026. Cümə

Türkiyə klublarına FIFA-dan transfer qadağası


Türkiyə klublarına FIFA-dan transfer qadağası

Beynəlxalq Futbol Federasiyası (FIFA) Türkiyənin "Kayserispor" və "Amedspor" klublarına transfer qadağası tətbiq edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə FIFA müvafiq qərar qəbul edib.

Qurumun rəsmi qərarına əsasən, Kayseri təmsilçisi növbəti üç transfer pəncərəsi ərzində yeni futbolçu sifariş edə və qeydiyyatdan keçirə bilməyəcək.

"Amedspor" klubuna tətbiq olunan qadağa isə müddətsizdir və yalnız problem aradan qaldırıldıqdan sonra ləğv edilə bilər.

Qeyd edək ki, FIFA adətən bu cür sanksiyaları maliyyə borcları və ya futbolçularla müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən tətbiq edir.







Türkiyə S.L.

"Beşiktaş"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 22:59 19.03.2026
"Beşiktaş"dan çətin qələbə
 "Fənərbağça"dan darmadağın
  • Türkiyə S.L.
  • 22:58 17.03.2026
"Fənərbağça"dan darmadağın
"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə