- Türkiyə S.L.
- 18:22 05.04.2026
“Fənərbağça”nın yarımmüdafiəçisi Marko Asensio “Real Madrid”dən ayrılması barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı futbolçu bildirib ki, klubdan ayrılması çətin qərar olsa da, karyerasında yeni hədəflərə ehtiyac duyub:
“Real”dan ayrılmağım? Mən məşqçiyə və “Real” azarkeşlərinə böyük bağlılıq hiss edirdim. Amma həyatda və karyeramda yeni məqsədlərə ehtiyacım var idi. Sonda “Real” mənim evimdir və həmişə evim olaraq qalacaq, çünki uşaqlıqdan bu klubun azarkeşi olmuşam. Məndən tez-tez “Real” barədə soruşurlar. Bəli, “Fənərbağça”da da soruşurdular, bundan əvvəl çıxış etdiyim klublarda da bu sualı verirdilər. Mən isə cavab verirəm ki, “Real” dünyanın ən böyük klubudur”, – deyə Asensio bildirib.
Qeyd edək ki, Marko Asensio 2015–2023-cü illərdə “Real Madrid”in formasını geyinib. O, Madrid klubunun heyətində ümumilikdə 286 oyun keçirib, 61 qol vurub və 32 məhsuldar ötürmə edib.