- Türkiyə S.L.
- 00:48 14.04.2026
"Qaziantep"in baş məşqçisi Burak Yılmaz 29-cu turunda "Çaykur Rizespor"la oyundan (1:2) sonra vəzifəsindən istefa verdiyini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, çalışdırıcı oyundan sonra keçirilən mətbuat konfransında federasiya və hakimləri sərt tənqid edib.
“MƏNƏ NƏZİBƏTSİZLİK EDİLDİ”
Görüşdən sonra açıqlama verən "Qaziantep"in baş məşqçisi Burak Yılmaz deyib:
“Bu ölkədə hamı hakimlərdən şikayət edir. Mən federasiya ilə bağlı çox çətin bir vəziyyət yaşadım. "Qaziantep" ilə bağlı səhvlər çox olur. Bir azdan mətbuat konfransında danışacağam. Çünki istefa verirəm. Bu günə qədər getmirdimsə, prezidentə verdiyim sözə görə qalmışdım. Mənə qarşı nəzakətsizlik edildi, hamısını udduq. Klub prezidentimiz çox vacib əməliyyat keçirdiyi üçün işimi davam etdirdim, amma bu gündən etibarən vəzifəmi buraxıram.”
Burak Yılmaz mətbuat konfransında isə bildirib:
“Federasiya Hakimlər Komitəsinin sədri Ferhat Gündoğdu pisdir, hakimlər pisdir. Niyə Federasiya Hakimlər Komitəsinin sədri getmir? Onun toxunulmazlığı varmı? Qohumluq və tanışlıq münasibətləri ilə idarə olunur, bu düzəlməz.”
Yılmaz sözlərinə davam edərək deyib:
“Bu federasiya rəhbərliyi ilə olmaz. Bu Hakimlər Komitəsi ilə olmaz. Ferhat Gündoğdu və Fuat Göktaşın kuklasına çevrilmiş hər kəs var. Mənə cəza verəcəklər, versinlər. Artıq kimsə danışsın. Heç kim mənə ‘mərc oynamısan’ deyə bilməz. Ondan sonra zəng edib pis danışdığımı deyirlər. Ona görə hər oyunda hakimlər "Qaziantep"i əzir. Açıq şəkildə deyirəm. Artıq kimsə danışmalı idi. Mən təmiz olduğum üçün sonuna qədər araşdırılsın dedim, amma etmədilər. Məni susdurmaq üçün bunu edirlər. Mən təkəm, arxamda heç kim yoxdur, amma alnım açıqdır. Məni hədələyə bilməzsiniz. ‘Burak Yılmaza bundan sonra məşqçilik etdirilməyəcək’ deyirlər.”
Qeyd edək ki, Super Liqanın 29-cu turunda "Çaykur Rizespor" evdə "Qaziantep"i 2:1 hesabı ilə məğlub edib.