17 may 2026. Bazar günü

"Fənərbağça"dan vacib xal itkisi


"Fənərbağça"dan vacib xal itkisi

Futbol üzrə Türkiyə Super Liqasında 30-cu turun oyunlarına start verilib.

90deqiqe.Az-ın məlumatına görə, "Antalyaspor" doğma meydanda "Konyaspor"u qəbul edib. Bu görüşdə qonaqlar inamlı qələbə qazanıb.

"Fənərbağça" isə doğma azarkeşləri önündə "Rizəspor"u sınağa çəkib. Dörd qolun qeydə alındığı matçda tərəflər meydanı hərəyə 2 qol və bir xalla tərk edib.

Bu oyundan sonra "Fənərbağça" 67 xalla 2-ci yerdədir. "Çaykur Rizəspor" 37 xalla 8-ci yerdədir. "Antalyaspor" 28 xalla 14-cü, "Konyaspor" 37 xalla 9-cü pillələrdə qərarlaşıb.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi