12 iyun 2026. Cümə

“Fənərbağça” son saniyə penalti qolu ilə kubokdan kənar qaldı


“Fənərbağça” son saniyə penalti qolu ilə kubokdan kənar qaldı

Türkiyə Kubokunun 1/4 final mərhələsində “Fənərbağça” səfərdə “Konyaspor”la üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, görüşün əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb və oyun əlavə vaxta gedib.

Matç penaltilər seriyasına yaxınlaşdığı anda “Konyaspor” son dəqiqələrdə penaltı qazanıb. 120+2-ci dəqiqədə zərbəni dəqiq yerinə yetirən Jevtoviç komandasına qələbə qazandırıb.

Beləliklə, “Fənərbağça” turnirlə vidalaşıb, “Konyaspor” isə bu mövsüm yarımfinala yüksələn ilk komanda olub.







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı