24 aprel 2026. Cümə

“Qalatasaray” TFF ilə əlaqələri dayandırdı, hakim təyinatına etiraz edildi


“Qalatasaray” TFF ilə əlaqələri dayandırdı, hakim təyinatına etiraz edildi

Türkiyə Superliqasının XXXI turunda keçiriləcək “Qalatasaray” – “Fənərbağça” derbisinin hakimi müəyyənləşib.

90deqiqe.Az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, prinsipial qarşılaşmanı Yasin Kol idarə edəcək.

Lakin “Qalatasaray” klubunun prezidenti Dursun Özbək bu təyinata qarşı çıxıb və TFF ilə əlaqələrin dayandırıldığını açıqlayıb. Buna səbəb funksionerin bəzi oyunlarda referinin idarəçiliyindən narazı qalmasıdır.

Qeyd edək ki, aprelin 26-da baş tutacaq derbi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Hazırda “Qalatasaray” 71 xalla turnir cədvəlinə başçılıq edir. “Fənərbağça” isə 67 xalla ikinci pillədə qərarlaşıb.







Türkiyə S.L.

Onana 3 penalti zərbəsini dəf etdi
  • Türkiyə S.L.
  • 23:56 23.04.2026
Onana 3 penalti zərbəsini dəf etdi
"Beşiktaş" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 20:51 19.04.2026
"Beşiktaş" səfərdə uduzdu
"Qalatasaray"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 18.04.2026
"Qalatasaray"dan çətin qələbə