24 aprel 2026. Cümə

Onana 3 penalti zərbəsini dəf etdi


Onana 3 penalti zərbəsini dəf etdi

İngiltərənin “Mançester Yunayted” klubuna məxsus olan, hazırda icarə əsasında Türkiyənin “Trabzonspor” komandasında çıxış edən qapıçı Andre Onana “Samsunspor”a qarşı keçirilən matçın əsas qəhrəmanına çevrilib.

90deqiqe.Az xəbər verir ki, bu gün baş tutan Türkiyə kubokunun dörddəbir final görüşü əsas və əlavə vaxtda 0:0 hesabı ilə yekunlaşıb. Nəticədə qalibi penaltilər seriyası müəyyən edib. Onana bu mərhələdə yüksək performans göstərərək 3 zərbəni dəf edib.

Kamerunlu qolkiperin komandası penaltilərdə 3:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib və 13 mayda “Gənclərbirliyi” ilə qarşılaşacaq.

30 yaşlı qapıçının “Trabzonspor”la icarə müqaviləsi mövsümün sonuna qədər qüvvədədir.







Türkiyə S.L.

Onana 3 penalti zərbəsini dəf etdi
  • Türkiyə S.L.
  • 23:56 23.04.2026
Onana 3 penalti zərbəsini dəf etdi
"Beşiktaş" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 20:51 19.04.2026
"Beşiktaş" səfərdə uduzdu
"Qalatasaray"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 18.04.2026
"Qalatasaray"dan çətin qələbə