10 may 2026. Bazar günü

Derbinin qalibi "Qalatasaray" oldu


Derbinin qalibi "Qalatasaray" oldu

Futbol üzrə Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.

90deqiqe.Az xəbər verir ki, 31-ci tura təsadüf edən matçda “Qalatasaray” doğma meydanda “Fənərbağça”nı qəbul edib. "RAMS Park” stadionunda təşkil olunan qarşılaşmada meydan sahibləri əzəli rəqibi üzərində 3:0 hesablı qələbə qazanıb.

Hesabı 40-cı dəqiqədə qonaqların heyətində Viktor Osimhen açıb. 67-ci dəqiqədə Barış Alper Yılmaz penalti qolu ilə hesabı bir qədər artırıb. 83-cü dəqiqədə isə Lukas Torreyranın vurduğu qol yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, xallarını 74-ə yüksəldən “Qalatasaray” turnir cədvəlinə başçılıq edir “Fənərbağça” isə 67 xalla ikinci pillədə qərarlaşıb.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi