- Türkiyə S.L.
- 23:16 27.04.2026
Futbol üzrə Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilir.
90deqiqe.Az-ın məlumatına görə, "Samsunspor" səfərdə "Alanyaspor"un qonağı olub. Beş qolun qeydə alındığı matçda qonaqlar qələbəyə sevinən tərəf olub.
"Beşiktaş" doğma meydanda "Karagümrük"ü sınağa çəkib. Bu görüşdə qapılara ümumiyyətlə qol vurulmayıb.
"Trabzonspor" isə səfərdə "Konyaspor"un qonağı olub və gözlənilməz məğlubiyyətə üzülüb.