20 sentyabr 2026. Bazar günü

Tedesko ilə yollar ayrıldı - "Fənərbağça"da şok qərar


Tedesko ilə yollar ayrıldı  - "Fənərbağça"da şok qərar

"Fənərbağça"da “Qalatasaray”a səfərdə 3:0 hesablı məğlubiyyətdən sonra rəhbərlik hərəkətə keçib.

90deqiqe.Az xəbər verir ki, klubda bu gün keçirilən idarə heyəti iclasından sonra baş məşqçi Domeniko Tedesko və onun məşqçi heyəti ilə yolların ayrıldığı rəsmən açıqlanıb. Eyni qərarla idman direktoru Devin Özek və futbol koordinatoru Berke Çələbi də vəzifələrindən uzaqlaşdırılıb.

"Fənərbağça"nın yaydığı açıqlamada bildirilib ki, qərar rəhbərlik şurasının toplantısında qəbul olunub. Klub xidmətlərinə görə ayrılan əməkdaşlara təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Mövsümün qalan hissəsində komandanı köməkçi məşqçi Zeki Murat Göle idarə edəcək.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə