- Türkiyə S.L.
- 21:35 30.04.2026
“Fənərbağça”nın kapitanı və yarımmüdafiəçisi Mert Yandaş mərc oyunlarında iştirak etdiyi üçün bir il müddətinə futboldan kənarlaşdırılıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Qərar Peşəkar Futbol İntizam Komitəsi tərəfindən qəbul olunub.
Bildirilir ki, futbolçu 2025-ci ilin dekabrında danışılmış oyunlar və mərc araşdırması çərçivəsində saxlanılıb. 2026-cı ilin fevralında ona qarşı rəsmi ittiham irəli sürülüb. Məlumatlara əsasən, Yandaş 17 il 10 ayadək azadlıqdan məhrum edilə bilərdi. O, dörd ay həbsdə qaldıqdan sonra aprelin əvvəlində azadlığa buraxılıb.
Qeyd edək ki, Mert Yandaş 2020-ci ilin yayından “Fənərbağça”nın formasını geyinir. 31 yaşlı yarımmüdafiəçi bu müddət ərzində bütün turnirlərdə 149 oyuna çıxıb, 11 qol vurub və 25 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.