6 may 2026. Çərşənbə

“Beşiktaş”ı penalti qolu ilə məğlub edən “Konyaspor” finala çıxdı


“Beşiktaş”ı penalti qolu ilə məğlub edən “Konyaspor” finala çıxdı

Türkiyə Kubokunda finala yüksələn ilk komanda müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda “Beşiktaş” və “Konyaspor” qarşılaşıb. Gərgin keçən matçda “Konyaspor” əlavə vaxtın son anlarında penalti qolu ilə “Beşiktaş”ı məğlub edərək finala vəsiqə qazanıb.

Qarşılaşmanın 90+7-ci dəqiqəsində Bardhi penaltini dəqiq yerinə yetirərək komandasına qələbə gətirib və “Konyaspor”u turnirin finalına yüksəldib.

Qeyd edək ki, “Konyaspor” əvvəlki mərhələdə də “Fənərbağça”nı əlavə vaxtın sonlarında qazandığı penalti qolu ilə mübarizədən kənarlaşdırmışdı.

Finaldakı rəqib isə “Trabzonspor” – “Gənclərbirliyi” görüşünün qalibi olacaq.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi