20 sentyabr 2026. Bazar günü

Əziz Yıldırım “Fənərbağça”ya qayıdır? - Prezidentliyə namizəd oldu


Əziz Yıldırım “Fənərbağça”ya qayıdır?   - Prezidentliyə namizəd oldu

Türkiyənin “Fənərbağça” klubunda prezidentlik postu uğrunda mübarizə qızışır.

90deqiqe.Az xəbər verir ki, İstanbul təmsilçisninsabiq rəhbəri Əziz Yıldırım növbədənkənar seçkilərdə namizədliyini irəli sürdüyünü açıqlayıb.

74 yaşlı funksioner daha əvvəl – 1998-2018-ci illərdə İstanbul təmsilçisinə rəhbərlik edib və bu müddətdə komandanın ən yaddaqalan dövrlərindən birinə imza atıb.

Qeyd edək ki, hazırkı prezident Sadəttin Saran cari mövsüm başa çatdıqdan sonra vəzifəsindən ayrılacaq. O, ötən ilin sentyabrından etibarən kluba rəhbərlik edir.

Əlavə edək ki, “Fənərbağça”da prezident seçkiləri iyunun 6-7-də keçiriləcək və klubun gələcək idarəçiliyi məhz bu seçkilərdə müəyyənləşəcək.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə