20 sentyabr 2026. Bazar günü

“Qalatasaray” möhtəşəm qələbə ilə Türkiyə çempionluğunu rəsmiləşdirdi


“Qalatasaray” möhtəşəm qələbə ilə Türkiyə çempionluğunu rəsmiləşdirdi

Futbol üzrə Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilir.

90deqiqe.Az-ın məlumatına görə, "Alanyaspor" doğma meydanda "Kayserispor"u qəbul edib və inamlı qələbə qazanıb.

"Eyüpspor" evdə "Rizəspor" üzərində darmadağınlı qələbəyə sevinib. "Kocaelispor" evdə "Karagümrük"ə minimal hesabla uduzub.

"Beşiktaş" doğma meydanda "Trabzonspor"la qarşılaşıb və məğlubiyyətə üzülüb.

"Konyaspor" doğma meydanda "Fənərbağça"nı sınağa çəkib və böyükhesabla məğlub olubsa, "Başakşəhər" evdə "Samsunspor" üzərində qələbə qazanıb.

"Göztəpə" evdə "Qaziantep" üzərində qələbə qazanıbsa, "Kasımpaşa" səfərdə "Gənclərbirliyi"nə məğlub olub.

"Qalatasaray" isə doğma meydanda "Antalyaspor"u qəbul edib. Altı qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanaraq çempionluğunu rəsmiləşdirib.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə